Leyla Zülfüqarlı
🏅
55+ Sertifikat
Klinik Nutrisyon
Haqqında

Dr. Leyla Zülfüqarlı

Dr. Leyla Zülfüqarlı — Həkim diyetoloq, Nutrisioloq, Funksional Tibb və Anti Age mütəxəssisidir. 2008-ci ildə Bakıda ali tibbi təhsili bitirdikdən sonra, Ukrayna və Türkiyənin (İstanbul Medipol Universiteti) aparıcı klinikalarında elmi-praktik təcrübə keçmişdir. O, Azərbaycanda diyetologiya sahəsində ilk kitabların müəllifidir.

Akademik Nailiyyətlər və Təcrübə: • 15 ildən artıq klinik təcrübə və 12.000-dən çox fərdi pasient uğuru. • Praqa (ECO), London (IFSO) və Tbilisi (EASD) beynəlxalq konqreslərində elmi çıxışlar və iştirak. • İstanbul Medipol Universitetində "Beslenme ve Diyetetik" və Bariatrik Cərrahiyyə diyetisyenliyi üzrə ixtisaslaşma. • Ukrayna Diyetoloqlar Assosiasiyasının rəsmi təhsil sistemi üzrə mütəxəssis hazırlığı. • Davamlı olaraq beynəlxalq elmi konfranslarda elmi məruzələr və tibbi yeniliklərin praktikaya tətbiqi.

Metodologiya və Media: Dr. Leyla dünyada tanınan "Düşmənimiz yağ deyil, şəkərdir" prinsipi ilə idmansız və ac qalmadan sağlam arıqlama metodikasının ölkədəki tək təmsilçisidir. Moskva TV, Show TV, AzTV və digər aparıcı kanallarda mütəmadi çıxışları ilə sağlam həyat tərzini geniş kütlələrə təbliğ edir. Onun yanaşması orqanizmin biokimyəvi balansını bərpa etməyə əsaslanır.

Müəlliflik və Missiya: 2015-ci ildə ölkənin ilk diyet kitabı olan "Sağlam bəslən - Arıqla" və 2017-ci ildə "Köklüyün sirri" kitablarını nəşr etdirmişdir. Onun əsas missiyası yalnız çəki itirmək deyil, hüceyrə səviyyəsində yenilənmə və metabolik balansı bərpa edərək insanların həyat keyfiyyətini yüksəltməkdir. O, insanlara qidanın bir məhdudiyyət deyil, sağlamlıq və enerji mənbəyi olduğunu aşılamağı hədəfləyir.

15+
İl Təcrübə
55+
Sertifikat
12000+
Müştəri
Konsultasiyaya qeydiyyat

🎯 Mənim missiyam

Hər insanın fərqli olduğunu bilərək, hər kəsə özünəməxsus qidalanma planı hazırlamaq. Sağlam həyat yaşamaq üçün qida bir həzz, bir həyat tərzi olmalıdır — məhdudiyyət yox.


Müştərimin yalnız çəkisini deyil, sağlamlığını, enerji səviyyəsini, həyat keyfiyyətini yüksəltmək — bu mənim hədəfimdir.

💼 Müştərilərim üçün nə edirəm?

  • Arıqlama və çəki azaltma üçün fərdi diet proqramları (idmansız)
  • Kökəlmək istəyənlər üçün fərdi çəki artırma planları
  • Sağlam qidalanma konsultasiyası və su qəbulu planı
  • Qocalmağın qarşısını almaq — nutrisyon sahəsində məsləhet
  • Detoks proqramı və detoks çayı ilə bədən təmizliyi
  • Beynəlxalq (İsveçrə, Almaniya və s.) 7 günlük proqramlar
  • Seminarlar, tədbirlər, media və TV çıxışları
🏆 Sertifikatlar

Təhsil və sertifikatlar

🏅

Azərbaycan Tibb Universiteti (Ali Tibbi Təhsil)

🏅

İstanbul Medipol Universiteti (Beslenme ve Diyetetik)

🏅

Ukrayna Diyetoloqlar Assosiasiyası (Təkmilləşmə)

🏅

ECO (Avropa Piylənmə Konqresi) - Praqa

🏅

IFSO (Piylənmə Cərrahiyyəsi Federasiyası) - London

🏅

EASD (Avropa Diabet Araşdırmaları Assos.) - Tbilisi

🏅

Funksional Tibb və Anti-Age Sertifikatı

🏅

Bariatrik Cərrahiyyə Dietologiyası İxtisası

Məni izləyin

Sosial şəbəkələrdə faydalı məsləhətlər, canlı yayımlar və sağlamlıq sirlərini paylaşıram

İndi qeydiyyatdan keç

Fərdi qidalanma planını al və sağlam həyata doğru ilk addımı at

Konsultasiyaya qeydiyyat